Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar kəskin azalıb

Maliyyə
  • 18 iyul, 2019
  • 11:24
Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar kəskin azalıb

Bu ilin I yarısında Azərbaycanda həyatın yaşam sığortası üzrə 85,056 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% azdır.

Son 1 ildə bu sığorta növü üzrə ödənişlər isə 17,8% azalaraq 39,599 milyon manata düşüb.

Hesabat dövründə həyatın yaşam sığortasından toplanmış hər 100 manat sığorta haqqının 46,6 manatı ödənişə yönəldilib. Bu rəqəm 1 il bundan əvvəl 36,8 manat olub.

44 filmi