Azərbaycanda hər 200 min pul nişanından 1-i saxtadır

Azərbaycanda hər 200 min pul nişanından 1-i saxtadır
Maliyyə
26 Aprel , 2019 12:01
Azərbaycanda hər 200 min pul nişanından 1-i saxtadır
0 : 00
0 : 00

“Azərbaycan Mərkəzi Bankı vaxtaşırı milli valyutanın modernləşdirilməsini həyata keçirir. Məqsəd saxta əskinazlara qarşı mübarizə aparmaqdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun üçün 200 manatlıq əskinazların hazırlanmasına ən yüksək texnologiyalar tətbiq olunub.

“Azərbaycan bankomatlarının müdafiəsi yüksəkdir. Bizdə 200 min əskinaza 1 saxta pul düşür. Halbuki Avropada 30 min əskinaza 1 saxta pul, Rusiyada isə 130 min əskinaza 1 saxta pul düşür. Yeni banknotlar tədavülə buraxılan zaman müəyyən texniki problemlər ortaya çıxır. Yəni, 8-10 ay ərzində adaptasiya gedir. May ayının sonuna kimi adaptasiya işləri yekunlaşdırılacaq. Bunun üçün banklara 2-3 ay vaxt verilib”, - E.Rüstəmov vurğulayıb.