Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 21% artacaq

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 21% artacaq Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük rüsumları üzrə daxilolmaların 1 150 milyon manat təşkil edəcəyi gözlənilir.
Maliyyə
120
9 Noyabr , 2021 11:20
Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 21% artacaq

Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük rüsumları üzrə daxilolmaların 1 150 mln manat təşkil edəcəyi gözlənilir.

“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,1 % çoxdur.

Proqnozun artırılması qeyri-neft sektoru üzrə idxalın və ümumilikdə idxalın artımlar proqnozlaşdırılması ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi