Azərbaycanda geniş mənada pul kütləsi bu il 12% azalıb

Azərbaycanda geniş mənada pul kütləsi bu il 12% azalıb Bank sektorunda manat depozitlərinin valyutaya çevrilməsi prosesi davam edir
Maliyyə
16 İyun , 2015 11:09
Azərbaycanda geniş mənada pul kütləsi bu il 12% azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 2015-ci il mayın 1-nə 18 982,9 mln. manat təşkil edib. Bu, bir ay əvvələ nəzərən 524,5 mln. manat və ya 2,7% azdır. İlin əvvəli ilə müqayisədə isə azalma 2 583,5 mln. manat və ya 12% təşkil edib. 

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, azalma M2 pul aqreqatında aprel ayı ərzində 1 489,1 mln. manat və ya 11,9% olub. Artım isə SDV-də depozitlərdə baş verib. M2 aqreqatı ilin əvvəlindən etibarən 6 431,8 mln. manat azalıb.

M1 pul kütləsi mayın 1-nə aprelin 1-i ilə müqayisədə 1 025,1 mln. manat və ya 11% artaraq 8 267,6 mln. manata çatıb.

Banklardan kənarda nağd pul kütləsi (M0) mayın 1-nə 6 420,9 mln. manat olub və son bir ayda 13,2% və ya 975,7 mln. manat azalıb.

Aprel ayı ərzində manatla tələb olunanadək depozitlər cüzi azalma (49,4 mln. manat və ya 2,6%) nümayiş etdirib. Manatla müddətli depozitlər isə 464 mln. manat və ya 14,5% azalıb. Yəni, manat depozitlərinin SDV depozitlərinə çevrilməsi prosesi davam edir.

Mayın 1-nə pul multiplikatoru, yəni M3 pul aqreqatının pul bazasına nisbəti 2,41 olub. Bu, əmsalın bu günə qədər ən yüksək həddidir. Bunun səbəbi pul bazasının M3 aqreqatına nisbətən daha sürətlə azalması ilə bağlıdır. Yəni, dövriyyədə olan nağd pul və ya kommersiya banklarının müxbir hesabları M3 aqreqatına nisbətən daha çox azalma göstərib.

Qeyd edək ki, pul bazası mayın 1-nə 7 870,2 mln. manat olub. Aprel ayı ərzində bu göstərici üzrə azalma 1 049 mln. manat və ya 11,8%, cari ilin əvvəlindən isə 3 996,7 mln. manat və ya 33,7% olub. Əsas azalma dövriyyədə olan nağd pul komponentində baş verib. Apreldə dövriyyədə olan nağd pul 1 046,6 mln. manat və ya 13%, ilin əvvəlindən isə 3 836,1 mln.manat və ya 35,4% azalıb. Sərbəst bank ehtiyatları aprel ayında 104,3 mln. manat və ya 15% artaraq 798,2 mln. manat olub. Məcburi ehtiyatlarda isə 105,4 mln. manat azalma baş verib. Bu da məcburi ehtiyat normasının bu ilin martın 1-dən etibarən 2%-dən 0,5%-ə aşağı salınması səbəbindən baş verib.

Son xəbərlər

Orphus sistemi