Azərbaycanda gələn il üçün xarici dövlət borclanmasının limiti artırılır

Maliyyə
  • 01 dekabr, 2017
  • 12:45
Azərbaycanda gələn il üçün xarici dövlət borclanmasının limiti artırılır
Samir Şərifov

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda 2018-ci il üçün xarici dövlət borclanmasının limiti ilə bağlı ilkin proqnoza dəyişiklik edilib.

“Report" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

“Bu il ölkə iqtisadiyyatına kreditlərin cəlb olunması ilə bağlı xarici dövlət borclanmasının yuxarı həddi 4,5 mlrd. manat müəyyən olunub. Lakin müəyyən səbəblərə görə beynəlxalq maliyyə qurumları ilə danışıqlar ehtimal olunandan uzun davam edib və bu günə qədər kredit sazişlərinin imzalanması mümkün olmayıb. Son nəticədə həmin limitdən 1,15 mlrd. manat az istifadə olunması gözlənilir. Həmin layihələrin ölkə üçün prioritetliyini nəzərə alaraq borclanma limiti üzrə bu il istifadə olunmamış 1,15 mlrd. manat qalığın 2018-ci ilə keçirilməsi və limit üçün müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırılaraq 2,15 mlrd. manata çatdırlması təklif olunur", - deyə nazir qeyd edib. 

44 filmi