“Karxanalarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxlu sayda müraciətlər ünvanlanır”.
“Report” xəbər verir ki, bunu Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ETSN-in "Facebook" səhifəsində canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, 3 il əvvəl Azərbaycandan 800-dən artıq daş, çınqıl və qum karxanası fəaliyyət göstərirdi:
“Artıq onlardan 500-nün fəaliyyəti dayandırılıb. Hazırda isə karxanaların sayı 300-ə düşüb. Bağlanan karxanalara tətbiq edilən ziyanın həcmi 30 milyon manat həddində olub. Onun artıq 15 milyon 600 min manatı Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilib. Qalan məbləğləri qanun pozuntusuna yol verən karxana ödəməyibsə, onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Hətta onların bir hissəsinə prokurorluqda baxılıb. Artıq gələcəkdə məcburi qaydada ödənilməsi üçün qərar çıxarılıb”.