Gələn il Azərbaycanda ətraf mühitin və təbiətin mühafizəsi xərcləri 286 milyon manatdan çox olacaq

Gələn il Azərbaycanda ətraf mühitin və təbiətin mühafizəsi xərcləri 286 milyon manatdan çox olacaq Gələn il Azərbaycanın dövlət büdcəsindən ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlə
Maliyyə
23 Dekabr , 2021 16:00
Gələn il Azərbaycanda ətraf mühitin və təbiətin mühafizəsi xərcləri 286 milyon manatdan çox olacaq

Gələn il Azərbaycanın dövlət büdcəsindən ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yer quruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üçün 286,3 milyon manat vəsait ayrılacaq.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-ci il dövlət büdcəsi haqqında” qanunda əksini tapıb.

Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 0,2% çoxdur.

Həmin vəsaitin 249 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə, 15,5 milyon manatı meşə təsərrüfatına, 11 milyon manatı hidrometeorologiyaya, 8,2 milyon manatı bioloji zənginliyin qorunmasına, 1,4 milyon manatı balıqçılıq və ovçuluğa, 1,2 milyon manatı isə digər xərclərə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi