Bakı. 15 oktyabr. REPORT.AZ/ 2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 460,1 manat təşkil edib.
"Report"un
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Yanvar-avqust aylarında sənaye müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 12,7% artaraq 793,2 manata çatıb. Əmək haqqının daha çox artımı mədənçıxarma sənayesində, zərgərlik məmulatlarının, avtomobil, qoşqu və yarımqoşquların, əczaçılıq məhsullarının, hazır metal məmulatlarının, tütün məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri müəssisələrində müşahidə olunub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib.