Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,54% təşkil edib.
Maliyyə
5 Dekabr , 2018 12:13
Azərbaycanda əmanətlərin dedollarlaşması sürətlənib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il noyabrın 1-nə 63,54% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il oktyabrın 1-də 62,55%, sentyabrın 1-də isə 63,01% olub. Başqa sözlə, sentyabrda əmanətlərin dollarlaşması 0,46% bəndi, oktyabrda 0,99% bəndi azalıb. Hesabata əsasən dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5% olub.

Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il noyabrın 1-nə 8 140 mln. manat təşkil edib ki, bunun da 5 171,9 mln. manatı xarici valyutada yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi