Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 8 milyard 129,6 milyon manat təşkil edib.
Maliyyə
3 Yanvar , 2023 12:38
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 8 milyard 129,6 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 6 milyard 192,3 milyon manatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 76,2 %-ni təşkil edib.

11 ay ərzində hər bir ölkə sakini orta hesabla 807,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 122,3 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi