Azərbaycanda əhalinin kreditlər üzrə faiz ödənişləri artıb

Azərbaycanda əhalinin kreditlər üzrə faiz ödənişləri artıb Əhalinin bu xərcləri son bir ildə 9% və ya 107 mlın. manat artıb
Maliyyə
24 Yanvar , 2017 16:52
Azərbaycanda əhalinin kreditlər üzrə faiz ödənişləri artıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanda əhalinin kreditlər üzrə faiz xərcləri ötən il artıb. "Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, 2016-cı ildə əhalinin gəlirlərinin 2,9%-i və ya 1 316,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunub. Bu da öz növbəsində 2015-ci illə müqayisədə 8,86% və ya 107,2 mln. manat artım deməkdir.

Belə ki, 2015-ci ildə əhalinin gəlirlərinin 2,9%-i və ya 1 209,3 mln. manatı kreditlər üzrə faiz ödənişlərinə sərf olunub. 

Son xəbərlər

Orphus sistemi