Azərbaycanda dövriyyəyə yeni sikkələr buraxıla bilər

Azərbaycanda dövriyyəyə yeni sikkələr buraxıla bilər Kommersiya bankları dəmir pulları iqtisadiyyata çatdırmaqda "tənbəllik" edir
Maliyyə
12 Fevral , 2018 12:01
Azərbaycanda dövriyyəyə yeni sikkələr buraxıla bilər
Report

Bakı. 12 fevral. REPORT.AZ/ Ötən il bütün dünyada dəmir pulların həcmi artsa da, Azərbaycanda banklar həmin pulları iqtisadiyyata çatdırmaqda "tənbəllik" edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Banklar daşınma, çatdırılma xərclərini nəzərə alaraq, dəmir pullarla maksimum az işləyir. Baxmayaraq ki, ticarət sisteminin buna böyük ehtiyacı var. Hazırda Mərkəzi Bank ticarət şəbəkəsi ilə birbaşa, bankların iştirakı olmadan işləyir. Dəmir manatlıqlara gəlincə isə, iqtisadiyyat tələb edərsə, onlar dövriyyəyə buraxıla bilər”, - deyə E.Rüstəmov əlavə edib.

Son xəbərlər

Orphus sistemi