Azərbaycanda dövlət borcuna xidmətlə bağlı xərclər 22% azaldılır
Maliyyə
- 18 oktyabr, 2019
- 13:49
2020-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərin 1 828,16 milyon manat olacağı gözlənilir.
“Report” bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.
Sənədlərə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 21,7% azdır.
Gələn il hökumət xarici borcların qaytarılmasına 1 695,012 milyon manat (o cümlədən faiz ödənişlərinə 517,886 milyon manat), daxili borcların qaytarılmasına isə 133,148 milyon manat (o cümlədən faiz ödənişlərinə 120,151 milyon manat) yönəltməyi planlaşdırır.
Qeyd edək ki, gələn il daxili borclanma ilə bağlı limit 400 milyon manat, xarici borclanma ilə bağlı limit 1 milyard manat, dövlət zəmanətləri ilə bağlı limit isə 1 milyard manat nəzərdə tutulub.
Son xəbərlər
17:37
ANAMA və GICHD minatəmizləməyə dair memorandumun icrasını müzakirə edib
Xarici siyasət17:36
Tailandın 70-ə yaxın hərbçisi Kamboca ilə sərhəddə xəsarət alıb
Digər ölkələr17:31
Azərbaycanla Laos arasında ilk siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət17:27
AMB-nin sədri kapital bazarının inkişafına dair planlarını açıqlayıb
Maliyyə17:20
Mark-Andre ter Ştegen zədədən sonra yenidən "Barselona"da məşqə çıxıb
Futbol17:20
Foto
Azərbaycan və Qırğızıstan aqrar məhsullarının ticarətinin artırılmasını müzakirə edib
ASK17:16
Susqun Qərb, ikili standartlar - Ermənistana verilən qəribə reaksiya – ŞƏRH
Analitika17:16
İndoneziyada təbii fəlakətin qurbanlarının sayı 964 nəfərə çatıb
Digər ölkələr17:16