Azərbaycanda dollarlaşma dərəcəsi 70%-dən aşağı düşüb

Maliyyə
  • 08 dekabr, 2017
  • 12:25
Azərbaycanda dollarlaşma dərəcəsi 70%-dən aşağı düşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il noyabrın 1-nə 69,92% təşkil edib.

Əvvəlki ay bu göstərici 71,78%, yanvarın 1-nə isə 79,63% olub.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi noyabrın 1-nə 74,4%, oktyabrın 1-nə 74,6%, yanvarın 1-nə 75,29%, 2016-cı il noyabrın 1-nə isə 75,5% təşkil edib.

Kreditlərin strukturunda isə dollarlaşma dərəcəsi 2017-ci il noyabrın 1-nə 41,14% təşkil edib. Oktyabrın 1-nə dollarlaşma dərəcəsi 41,99%, yanvarın 1-nə 47,32%, ötən il noyabrın 1-nə 46,21%-ə bərabər olub.

44 - Tezliklə