Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib

Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərən “Naxçıvansığorta” lisenziya alıb
Maliyyə
4 İyul , 2017 17:59
Azərbaycanda daha bir sığorta şirkətinə lisenziya verilib

Bakı. 4 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün lisenziya verib.

Bu barədə “Report” MBNP-ya istinadən xəbər verir.

Məlumata görə, lisenziya bu il mayın 12-də 5 il müddətinə verilib.

Xatırladaq ki, “Naxçıvansığorta”nı 2014-cü ildə “Naxçıvanbank” ASC təsis edib. Nizamnamə kapitalı 5,5 mln. manat olan şirkətin hüquqi ünvanı bankla eyni – Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi,7-dir.

“Naxçıvansığorta” indiyə qədər “Naxçıvanbank”ın müştərilərinə qeyri-qanuni sığorta xidməti göstərib. Bu faktı ilk dəfə bu ilin əvvəlində “Report” aşkar edib və ictimailəşdirib. Bundan sonra MBNP şirkətlə bağlı araşdırmalara başlayıb, amma bunun nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib. Təxminən 2 ay bundan əvvəl isə Palata “Naxçıvansığorta”ya qanuni fəaliyyət göstərməyə icazə verib.

Vergilər Nazirliyi yanında Kommersiya qurumlarının Dövlət Reyestrində “Naxçıvansığorta”nın qanuni təmsilçisinin İsa İsayev (“Naxçıvanbank”ın İdarə Heyətinin sədr müavini) olduğu qeyd edilsə də, Palata şirkətə Bəxtiyar Məmmədovun rəhbərlik etdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi