Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib

Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib Bakı. 8 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib.
Maliyyə
8 Fevral , 2019 10:09
Azərbaycanda daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib

Bakı. 8 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən daha 3 kredit ittifaqının lisenziyası ləğv edilib.

“Report” xəbər verir ki, bunlar Bərdə rayonundakı “Fim-Finans”, Salyan rayonundakı “Firavan” və Xaçmaz rayonundakı “Şans” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 57-dən 54-ə düşüb. 

Son xəbərlər

Orphus sistemi