Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək

Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün predansial tənzimləmə qaydalarını yeni redaksiyada təsdiqləməyi planlaşdırır.
Maliyyə
23 Oktyabr , 2024 15:57
Azərbaycanda BOKT-lar üçün prudensial tənzimləmə qaydaları dəyişəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatları (BOKT) üçün prudansial tənzimləmə qaydalarını yeni redaksiyada təsdiqləməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktor müavini Ataxan Həsənov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, yenilənmiş qaydalarda bir sıra risklərlə əlaqədar yeni tələblər olacaq: "Düşünürük ki, risklərin yaxşı idarə edilməsi maliyyə dayanıqlılığına öz töhfəsini verəcək. Bundan başqa, BOKT-larda kredit risklərinin idarə edilməsi qaydası qəbul ediləcək. Bu qayda da kredit risklərinin qiymətləndirilməsi və monitorinqi məsələsini, eyni zamanda kreditlərin verilməsi ilə bağlı bir sıra tələbləri özündə əks etdirəcək".

Son xəbərlər

Orphus sistemi