Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair bir sıra rüsumlar ləğv olunur

Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair bir sıra rüsumlar ləğv olunur Azərbaycanda beynəlxalq avtomobil daşımalarla bağlı bir sıra rüsumlar ləğv olunur.
Maliyyə
24 Yanvar , 2023 11:37
Azərbaycanda beynəlxalq avtomobil daşımalarına dair bir sıra rüsumlar ləğv olunur

Azərbaycanda beynəlxalq avtomobil daşımalarla bağlı bir sıra rüsumlar ləğv olunur.

“Report” xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliklə giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda hər bir icazə üçün yük avtomobilləri üzrə 100 ABŞ dolları, sərnişin avtobusları üzrə 50 ABŞ dolları, eləcə də beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün hər bir icazə üçün yük avtomobilləri 150 ABŞ dolları, sərnişin avtobusları üzrə 75 ABŞ dolları, xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycanda yüklənməsinə görə hər bir icazə üçün 100 ABŞ dolları, üçüncü ölkəyə və ölkədən daşımalar üzrə hər bir icazə üçün 600 ABŞ dolları, xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycana yüksüz daxil olması üçün yük avtonəqliyyat vasitələri 350 ABŞ dolları, avtobusların sərnişinsiz daxil olması üçün 80 ABŞ dolları, iri tonnajlı xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün 25 ABŞ dolları və dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycandan çıxdıqda hər bir icazə üçün 400 ABŞ dolları məbləğində müəyyən edilmiş ödəniş haqları ləğv olunur.

Son xəbərlər

Orphus sistemi