​Azərbaycanda bankların istehlak kreditlərinin artım tempi 2 dəfə azalıb

​Azərbaycanda bankların istehlak kreditlərinin artım tempi 2 dəfə azalıb Elman Rüstəmov: "Bankların pul qazanmaq üçün bu cür işlərə əl atması onların sabitliyi itirməsinə səbəb ola bilər"
Maliyyə
18 Noyabr , 2014 16:22
​Azərbaycanda bankların istehlak kreditlərinin artım tempi 2 dəfə azalıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Azərbaycan bank sektoru üzrə məcmu istehlak kreditləri portfelinin illik artım tempi son bir ildə iki dəfə azalıb.

"Report"un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib: "Cari ilin 9 ayında istehlak kreditlərinin artım tempini 2 dəfə aşağı saldıq. Ötən dövr ərzində 30% artığı halda, bu il 15% olub. Hazırda bankların kredit portfelinin təxminən 73%-i biznes, 27%-i istehlak, o cümlədən 18%-i ipoteka kreditlərinin payına düşür".

"Eyni zamanda istehlak kreditlərinin artımını tənzimləmək üçün bu il işləri daha da gücləndirəcəyik. Banklar əhali və dövlət arasındakı balansı qorumağın tərəfdarıdır. Əhalinin kreditlərə tələbatı var, lakin bildiyimiz kimi, həddindən artıq borclanma maliyyə savadı yüksək olmadığı şəraitdə yaşanır. Buna görə də banklara mütəmadi şəkildə tövsiyələr veririk. Onlara izah edirik ki, banklar təkcə öz vəsaitləri ilə deyil, həm də ictimai fondlarla çalışır. Bankların pul qazanmaq xatirinə bu cür işlərə əl atması onların sabitliyi itirməsinə səbəb ola bilər. Dövlətin vəzifəsi isə həm əhalinin, həm də bankların mənafeyini qorumaqdır", - deyə AMB sədri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi