Azərbaycanda bank və BOKT-ların bu il AMB qarşısında öhdəlikləri 11% artıb

Azərbaycanda bank və BOKT-ların bu il AMB qarşısında öhdəlikləri 11% artıb Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il martın 1-nə 6 344,7 mln. manat təşkil edib.
Maliyyə
9 Aprel , 2018 12:23
Azərbaycanda bank və BOKT-ların bu il AMB qarşısında öhdəlikləri 11% artıb
Report

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il martın 1-nə 6 344,7 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, fevralın 1-i ilə müqayisədə 82,5 mln. manat və yaxud 1,32% çox, ötən il martın 1-nə nisbətən isə 39,2 mln. manat və yaxud 0,61% azdır. İlin əvvəlindən isə öhdəliklərdə 626,2 mln. manat və yaxud 10,95% artım qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi