Azərbaycanda bank sektorunun balans kapitalı 4 mlrd. manatı keçib - ƏLAVƏ OLUNUB

Azərbaycanda bank sektorunun balans kapitalı 4 mlrd. manatı keçib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 10:24-də verilib
Maliyyə
19 Sentyabr , 2018 10:35
Azərbaycanda bank sektorunun balans kapitalı 4 mlrd. manatı keçib - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

İlk xəbər saat 10:24-də verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan bank sektorunun aktivləri bu il sentyabrın 1-nə 28 127,1 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,7% çoxdur.

Xatırladaq ki, bu ilin iyul ayında sektorun aktivləri 0,2% azalmışdı. Başqa sözlə, avqustda azalma dayanıb. 

***

Bankların cəmi aktivlərinin 36,45%-ni və yaxud 10 250 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Avqustda bankların kredit portfeli 1,7% böyüyüb.

Ay ərzində sektorun cəmi öhdəlikləri 0,3% artaraq 24 077,5 mln. manat, o cümlədən depozit portfeli 1% artaraq 17 346,8 mln. manat olub. Bunun 7 939,9 mln. manatı fiziki şəxslərin, 9 406,9 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Avqustda əhalinin əmanətləri 0,35% azalıb, şirkətlərin vəsaitləri isə 2,2% artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,2% azalaraq 410,4 mln. manata düşüb.

Ay ərzində bank sektorunun cəmi kapitalı isə 3% artaraq 4 049,6 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi