Azərbaycanda bank sektoruna dair kollektiv saziş imzalanacaq

Azərbaycanda bank sektoruna dair kollektiv saziş imzalanacaq Bank fəaliyyəti ilə bağlı “Bakı yanaşması” müzakirəyə çıxarılıb
Maliyyə
254
11 Dekabr , 2017 12:06
Azərbaycanda bank sektoruna dair kollektiv saziş imzalanacaq

Bakı. 11 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan bankları arasında görüş keçirilib.

“Report” Nəzarət Palatasına istinadən xəbər verir ki, görüş Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutub.

Görüşdə “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması” sərlövhəli tədbirin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış “Bakı yanaşması”nın təqdimatı olub.

Qeyd edək ki, sənəd əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, MBNP və prosesdə iştirak etmək niyyətində olan banklar arasında kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır. Konsepsiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada banklar balansında olan qeyri-işlək aktivlərin həlli ilə bağlı fərdi deyil kollektiv maraqlar üzrə əməkdaşlıq edir. Borcların restrukturizasiyası ilə bağlı qərarlar yekdilliklə qəbul edilir. Qeyri-işlək aktivlərin restrukturizasiyası ilə bağlı “Bakı yanaşması”nı banklar maraqla qarşılayıb və bu çərçivədə kollektiv sazişin bağlanması məqsədilə danışıqlara başlanılması, bankların və Palatanın nümayəndələrindən ibarət tərkibdə işçi qrupunun yaradılması qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi