Azərbaycanda bank filiallarının sayı dekabrda 38 vahid azalıb

Maliyyə
  • 02 fevral, 2018
  • 17:51
Azərbaycanda bank filiallarının sayı dekabrda 38 vahid azalıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 509 olub.

“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 38 vahid azdır.

Ötən ilin əvvəlinə nisbətən isə bank filiallarının sayı 60 vahid azalıb.

Dekabrda bank şöbələrinin sayı isə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 11 vahid azdır.

"Ötən ay bank filiallarının sayının kəskin azalması əsasən "Dəmirbank" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.

44 filmi