Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 699 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 699 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
17 Noyabr , 2016 10:32
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 699 mln. manat kompensasiya ödənilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 698,89 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,81 mln. manat, “Zaminbank” ASC - 52,256 mln. manat, “Kredobank” ASC - 27,005 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,193 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,08 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 412,517 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi