Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 667 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 667 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
3 Noyabr , 2016 09:20
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 667 mln. manat kompensasiya ödənilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 667,072 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,745 mln. manat, “Zaminbank” ASC - 52,208 mln. manat, “Kredobank” ASC - 26,688 mln. manat, “Dekabank” ASC - 2,906 mln. manat, “Atrabank” ASC - 14,176 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,88 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC - 120 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 381,525 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi