Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 624 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 624 mln. manat kompensasiya ödənilib Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb
Maliyyə
27 Oktyabr , 2016 10:06
Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 624 mln. manat kompensasiya ödənilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 623,736 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 34,582 mln. manat, “Zaminbank” ASC - 51,026 mln. manat, “Kredobank” ASC - 26,136 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,14 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,117 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 348,048 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi