Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib ADİF lisenziyası ləğv edilən kommersiya banklarının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir
Maliyyə
26 Noyabr , 2016 14:39
Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 711,6 mln. manat kompensasiya ödənilib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 711,557 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,868 mln. manat, “Zaminbank” ASC - 52,334 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,928 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 424,791 mln. manat kompensasiya alıblar. 

Son xəbərlər

Orphus sistemi