Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2014-cü ildə qeydə alınmış sığorta hadisələrinin təxminən 26%-i şənbə-bazar günlərinə təsadüf edib.
"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, sığorta hadisələrinin 12,35%-i bazar, 13,53%-i şənbə, 15,20%-i cümə, 14,52%-i cümə axşamı, 14,83%-i çərşənbə, 15,04%-i çərşənbə axşamı, 14,53%-i bazar ertəsi günü qeydə alınıb.
Həmçinin məlumatda bildirilir ki, 2014-cü ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələrinin daha çox həftənin bazar ertəsi günləri bağlanması müşahidə olunub. Belə ki, cəmi bağlanan sığorta müqavilələrinin 16,7%-i məhz bu günə təsadüf edib.