Azərbaycanda adambaşına düşən xarici dövlət borcu açıqlanıb

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu açıqlanıb 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib
Maliyyə
2347
9 Mart , 2017 14:11
Azərbaycanda adambaşına düşən xarici dövlət borcu açıqlanıb

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub. Adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.

"Report" bu barədə hökumətin illik hesabatına istinadən xəbər verir.

2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3%-ə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4%-ə bərabər olub. 

Hesabata əsasən xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. 

Son xəbərlər

Orphus sistemi