Azərbaycanda adambaşına düşən ÜDM cüzi artıb
- 15 aprel, 2020
- 11:51
Bui ilin yanvar-mart aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 18 321,1 milyon manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5% artıb, neft-qaz sektorunda isə 2,1% azalıb.
ÜDM istehsalının 40,2%-i sənaye, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,9%-i tikinti, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə sahələrinin, 19,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 840,2 manata bərabər olub. Bu isə illik müqayisədə 0,2% çoxdur.