Azərbaycanda 2030-cu ilədək bank sektorunun istixana qazı emissiyalarının 35 % azaltmaq hədəflənir

Azərbaycanda 2030-cu ilədək bank sektorunun istixana qazı emissiyalarının 35 % azaltmaq hədəflənir Azərbaycan Banklar Assosiasiyası (ABA) bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı qarşısına məqsəd qoyub.
Maliyyə
18 Oktyabr , 2024 14:49
Azərbaycanda 2030-cu ilədək bank sektorunun istixana qazı emissiyalarının 35 % azaltmaq hədəflənir
Zakir Nuriyev

Azərbaycan Banklar Assosiasiyası (ABA) bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı qarşısına məqsəd qoyub.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.

Onun sözlərinə görə, bu addım Azərbaycan hökumətinin iqlim hədəflərinə dəstək verir və bank sektorunun ekoloji məsuliyyətini gücləndirir:

“Dayanıqlı Bankçılıq mövzusunda atılmış addımlardan biri ABA-nın ESG strategiyasının hazırlanması idi. Strayegiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd (Dayanıqlı maliyyə imkanlarını artırılması, ESG məlumatlılığını artırılması, ESG imkanlarını təkmilləşdirilməsi) üzərində qurulub. Bu məqsədlərə çatmaq üçün ümumilikdə 10 təşəbbüs müəyyənləşdirilib. Bura banklarda dayanıqlı məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi fəaliyyətlərinin gücləndirilməsi, ESG məlumatlılıq kampaniyalarının inkişaf etdirilməsi, insan kapitalının inkişafı, bank sektorunda rəqəmsallaşma səviyyəsinin artırılması kimi təşəbbüslər daxildir.

ESG strategiyasının uğurla həyata keçirilməsi üçün təşəbbüslərə xidmət edən 97 strateji tapşırıq müəyyən edilib. Bu tapşırıqlar, hər bir təşəbbüs üçün konkret addımları və nailiyyətləri müəyyənləşdirir, həmçinin bank sektorunda ESG-nin tam inteqrasiyasını dəstəkləyir”.

Z. Nuriyev qeyd edib ki, bununla yanaşı ESG strategiyasının irəliləyişini ölçmək üçün 18 fərqli metrikdən istifadə edilir ki, bura Dayanıqlı layihələrə sərmayə: "Bank sektoru tərəfindən sözügedən layihələr üçün maliyyə vəsaitlərinin ayrılması, verilmiş dayanıqlı kreditlərin ümumi sayı, buraxılmış "yaşıl istiqrazlar"ın məbləği, ağac əkmə təşəbbüsü, ESG hesabatını təqdim edən üzvlərin faizi və ESG məlumatlarını açıqlayan üzvlərin faizi kimi göstəricilər daxildir ki, bu da ESG strategiyasının konkret və ölçülə bilən nəticələrə yönəldiyini göstərmək üçün əhəmiyyətlidir".

Son xəbərlər

Orphus sistemi