Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq

Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq 2028-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq
Maliyyə
25 Noyabr , 2024 14:07
Azərbaycanda 2028-ci ildə büdcə xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq

2028-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 37 %-i ortamüddətli xərclər çərçivəsi ilə əhatə olunacaq.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.

Onun sözlərijnə görə, bu göstərici maliyyə idarəçiliyində müasir yanaşmaların tətbiq olunduğunu göstərir, xərclərin əsaslandırılması və büdcənin dayanıqlığının təmin edilməsi baxımından müsbət nəticələr verir.

Sədr əlavə edib ki, "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi beynəlxalq çağırışlara, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına və yerli qanunvericiliyin tələblərinə tam uyğun tərtib edilib: "Ortamüddətli xərclər çərçivəsi büdcənin planlaşdırılmasında daha şəffaf və məqsədyönlü yanaşmaların tətbiqinə imkan yaradır”.

V.Gülməmmədov büdcə təsnifatında və metodologiyasında islahatların vacibliyini də qeyd edib: “Fiskal balansın maliyyələşmə mənbələrinin təsnifləşdirilməsi məsələsinə diqqət yetirilməli, özəlləşmədən daxil olan gəlirlər ayrıca kateqoriya kimi nəzərə alınmalıdır”.

O, həmçinin deyib ki, dövlət büdcəsi ölkənin sosial-iqtisadi inkişafının əsas maliyyə təminatıdır və beynəlxalq öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Sədr Palatanın büdcəyə rəyinə geniş təhlillərin əlavə olunduğunu və bunların müzakirələrdə faydalı olacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi