Azərbaycanda 2020-ci ildən aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

Azərbaycanda 2020-ci ildən aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.
Maliyyə
29 Noyabr , 2019 15:38
Azərbaycanda 2020-ci ildən aksizli mallar üzrə vergi dərəcələri dəyişdirilir

Gələn ildən Azərbaycanda istehsal olunan içməli spirt, pivə, spirtli içkilər, tütün məmulatları, energetik (spirtli və spirtsiz) içkilər, elektron siqaretlər üçün maye kimi aksizli mallara tətbiq edilən vergi dərəcələrinin dəyişdirilməsi nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu məsələ bu gün Milli Məclis tərəfindən təsdiq olunmuş “Vergi Məsəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanunun 190-cı maddəsinə əsasən, içməli spirt, araq, tündləşdirilmiş içkilər və likyorun hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata, konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata, adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata, spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata dəyişdirilir, energetik içkilərin hər litri üçün aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.

Bundan başqa, 2020-ci ildən bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş spirtli içkilərin hər litri üçün 0,4 manat aksiz vergisinin tutulması nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi