Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi kəskin artıb

Maliyyə
  • 01 fevral, 2019
  • 08:33
Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi kəskin artıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının ötən il mayın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmi dekabr-yanvar aylarında təxminən 2 dəfə artıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən əskinaslar dövriyyədə olan nağd pul kütləsinini 5%-ni (400 mln. manat) təşkil edir.

44 - Tezliklə