​Azərbaycanda 2 bank inzibatçısı attestasiyadan keçə bilməyib

​Azərbaycanda 2 bank inzibatçısı attestasiyadan keçə bilməyib Daha 8 nəfər isə iddia etdikləri vəzifələrə uyğun hesab edilib
Maliyyə
107
13 İyun , 2016 15:02
​Azərbaycanda 2 bank inzibatçısı attestasiyadan keçə bilməyib

Bakı. 13 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Attestasiya Komissiyası bu günə qədər 10 bank inzibatçısının attestasiyasını həyata keçirib. Palatadan "Report"a verilən məlumata görə, bunlardan 8-i iddia etdikləri vəzifələrə uyğun hesab edilib, 2 nəfər isə attestasiyadan keçə bilməyib.

"Sığorta və kapital bazarları sahələrində attestasiyanın test üsulu ilə keçirildiyini nəzərə alaraq, Komissiya tərəfindən test imtahanları ilə əlaqədar müvafiq hazırlıq işləri aparılır və yaxın gələcəkdə bu barədə məlumat veriləcək," - deyə MBNP-dən bildirilib.

Xatırladaq ki, Attestasiya Komissiyasının tərkibi Palatanın Direktorlar Şurasının 12 may 2016-cı il tarixli qərarı ilə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi