Azərbaycanda 15 yaşadək vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum azaldılır
- 14 fevral, 2018
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum azaldılır. Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.
"Report"un verdiyi xəbərə görə, dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən (15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsdədi ilə hazırlanıb.
On beş yaşı tamma olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsaiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə, 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat müəyyən edilib.
Qeyd edək ki, hazırda bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi 10 gün müddətində olduqda 5 manat, 3 iş günü müddətində edildikdə 25 manat, 1 iş günü həyata keçirildikdə isə 35 manatdır. Lakin hazırda bu şəxslər bu dövlət rüsumunu ödəməkdən azaddırlar.
Dəyişiklik qəbul edilərsə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.