Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 12 fiziki şəxsə sığorta agenti kimi fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib.
"Report" Palataya istinadən xəbər verir ki, bunlar Abbasov Səbutay Vəkil oğlu, Ağayarlı Təbriz Adil oğlu, Ağayeva Samirə İsfəndiyar qızı, Cəfərov Cəfər Eyyub oğlu, Cəfərov Fəxrəddin Tofiq oğlu, Cəfərova Səbinə Əjdər qızı, Əliyev Qail Əlivahid oğlu, Əliyev Rauf Akif oğlu, İsgəndərov Ramin Roman oğlu, Piriyev Fərid Qüdrət oğlu, Rzayev Etibar Vüqar oğlu və Salamov Nemət Niyazəli oğludur.
Bundan başqa, qurum rəhbərliyi “Sığorta fəaliyyəti haqqında” qanun və nizamnaməyə əsasən, attestasiyadan uğurla keçmiş 3 fiziki şəxsə - Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verib.