Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv olunub

Maliyyə
  • 09 dekabr, 2024
  • 08:25
Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankı 2 hüquqi şəxsə və 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə “Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.

44 - Tezliklə