Azərbaycana xarici sərmayələr 32% artıb

Azərbaycana xarici sərmayələr 32% artıb İyunda ölkə iqtisadiyyatına xarici investisiya yatırımı may ayı ilə müqayisədə 47,5% artıb
Maliyyə
18 İyul , 2016 14:05
Azərbaycana xarici sərmayələr 32% artıb

Bakı. 18 iyul. REPORT.AZ/ Xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlər 2016-cı ilin yanvar-iyun aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 257,4 mln. manat vəsait yönəldilib.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, xarici sərmayələrin həcmində illik 32,3% artım qeydə alınıb. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 769,2 mln. manatı və ya 88,5%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, yanvarda 629,4 mln. manat, fevralda 611,7 mln. manat, martda 734,8 mln. manat, apreldə 935,1 mln. manat, mayda 544,1 mln. manat,iyunda 802,3 mln. manat xarici investisiya yatırılıb. Beləliklə, iyunda ölkə iqtisadiyyatına xarici investisiya yatırımı may ayı ilə müqayisədə 47,5% artıb.

Son xəbərlər

Orphus sistemi