Azərbaycana qida idxal edən şirkətin səhmləri listinqə daxil edilib

Maliyyə
  • 21 avqust, 2023
  • 11:11
Azərbaycana qida idxal edən şirkətin səhmləri listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Merano-Baku" ASC-nin 100 min manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 10 000 manat olan 10 ədəd yeni səhm abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış Birjanın internet səhifəsində açıqlanacaq.

Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bütün səhmlər yerləşdirilsə, "Merano-Baku"nun nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata çatacaq.

Xatırladaq ki, "Merano-Baku" 2016-ci ildə yaradılıb. Onun səhmləri 100 % Namiq Əsgərova məxsusdur. Şirkət Azərbaycana qida məhsullarının idxalı ilə məşğuldur.

44 filmi