Azərbaycana qida idxal edən şirkət nizamnamə kapitalını 2 dəfə artırır
- 18 avqust, 2023
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
“Merano-Baku” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) səhmlərini yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 10 min manat olan 10 ədəd, yəni 100 min manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “İnvest-Az İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı,səhmləri almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar tam yerləşdirilsə, “Merano-Baku”nun nizamnamə kapitalı 2 dəfə artaraq 100 min manatdan 200 min manata çatacaq.
Xatırladaq ki, “Merano-Baku” 2016-ci ildə yaradılıb. Onun səhmləri 100 % Namiq Əsgərova məxsusdur. Şirkət Azərbaycana qida məhsullarının idxalı ilə məşğuldur.