Azərbaycan ötən il xalis maliyyə aktivlərini 1,2 milyard ABŞ dollarından çox artırıb

Maliyyə
  • 31 mart, 2020
  • 11:28
Azərbaycan ötən il xalis maliyyə aktivlərini 1,2 milyard ABŞ dollarından çox artırıb
google.az

2019-cu ildə Azərbaycan xalis maliyyə aktivlərini 1 251,1 milyon ABŞ dolları artırıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 74,9% azdır.

Ötən il xaricə yönəldilmiş birbaşa investisiyaların artımı 2 431,7 milyon ABŞ dolları (38,1% çox), portfel investisiyalarının artımı 208,7 milyon ABŞ dolları (74,5% az), törəmə maliyyə alətlərinin azalması 0,2 milyon ABŞ dolları (94,45% az), digər investisiyaların azalması isə 1 389,1 milyon ABŞ dolları (əvvəlki ilə artım olub) təşkil edib.