Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan
"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, 2002-ci ildə iki qurum arasında əməkdaşlıq haqqında sazişin imzalanmasından 13 ilə yaxın bir müddətin ötdüyü, bu dövr ərzində Azərbaycan və Rusiyanın sosial-iqtisadi sahədə dinamik surətdə inkişaf etdiyi, iki qonşu dövlət arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndiyi nəzərə alınaraq saziş yenilənib, hər iki qurumun rəhbəri tərəfindən imzalanıb.
Görüşdə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın qurulması istiqamətində atılacaq növbəti addımlar müzakirə olunub. V.Gülməmmədov iki qurum arasındakı mövcud əməkdaşlığın əhəmiyyyətindən və inkişaf perspektivlərindən danışıb. T.Qolikova münasibətlərin yeni mərhələsinin başladığını bildirib.