Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qiymətli Kağızlar və Əmtəələr Təşkilatı arasında qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti BƏƏ-yə səfəri çərçivəsində sözügedən təşkilatın nümayəndələri ilə görüş keçirib. Görüşdə BƏƏ-nin qiymətli kağızlar bazarının inkişafı, mövcud investisiya imkanları və hər iki ölkənin nəzarət qurumları arasında əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.
