Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 43 548,8 mln. ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bunun 87,34%-i və yaxud 38 036,1 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,66%-i və yaxud 5 512,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 409,1 mln. dollar və yaxud 0,95% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 404,4 mln. dollar və yaxud 1,07%, AMB-nin valyuta ehtiyatlarında isə 4,7 mln. dollar və yaxud 0,09% artım olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 793,8 mln. dollar və yaxud 9,54% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 3 245,2 mln. dollar və yaxud 9,33%, AMB-nin valyuta ehtiyatlarında isə 548,6 mln. dollar və yaxud 11,05% artım olub.
ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (mln. ABŞ dolları) | Azərbaycanın valyuta ehtiyatları (mln. ABŞ dolları) | |
01.07.2018 | 38 036,1 | 5 512,7 | 43 548,8 |
01.04.2018 | 37 631,7 | 5 508,0 | 43 139,7 |
01.01.2018 | 35 806,5 | 5 334,6 | 41 141,1 |
01.10.2017 | 36 020,0 | 5 167,5 | 41 187,5 |
01.07.2017 | 34 790,9 | 4 964,1 | 39 755,0 |