Bakı. 12 aprel. REPORT.AZ/ "Dövlət Gömrük Komitəsi (DGK) artıq spesifik rüsumların tətbiqinə başlayıb".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxış edən DGK-nin sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, DGK "tax free" sistemi ilə bağlı da müəyyən işlər görüb: "Spesifik rüsumlar tikinti, kənd təsərrüfatı, spirtli içkilər və başqa bu kimi sahələrdə tətbiq edilib. "Tax free" sistemi ilə əlaqədar bütün quru gömrük keçid məntəqələrində lazımi işlər görülüb ki, ölkəni tərk edən xarici vətəndaşlar qəbzi təqdim edərək tez bir zamanda ƏDV-ni geri alsınlar".
DGK sədri ötən il gömrük orqanlarından Ali Apellyasiya Şurasına 1 şikayətin edildiyini deyib: "Bu şikayət də gömrük orqanlarına aid deyildi, dayanacağın qiymətinin baha olması ilə bağlı olub".