Azərbaycan şirkətinin istiqrazlarına 1 investor maraq göstərib
- 05 may, 2023
- 13:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “GL" ASC-nin 400 min ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 400 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 1 investor nominal dəyəri 1 000 dollar, ümumi məbləği isə 400 min dollar olan 1 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1 000 dollar (15 %) müəyyən edilib.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.