Azərbaycan şirkətinin səhmləri və istiqrazları listinqə daxil edilib
- 03 may, 2023
- 13:05
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin 50 125 manatlıq adı, sənədsiz, adlı səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 2 005 manat olan 25 ədəd səhm abunə yazılışı üsulu ilə həyata keçiriləcək.
Abunə yazılışına bu gündən başlanılıb. Hərraca azı 2 iş günü qalmış abunə yazılışının yekunlaşması BFB-nin internet səhifəsində açıqlanacaq.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.
15:55
Mayın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) "GL" ASC-nin 400 min ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 dollar olan 400 ədəd istiqraz premium bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Yerləşdirmənin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.