Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 26% azalıb

Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 26% azalıb Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2021-ci ildə məcmu gəlirləri 853,128 milyon manat təşkil edib.
Maliyyə
14 Aprel , 2022 17:06
Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti 26% azalıb

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2021-ci ildə məcmu gəlirləri 853,128 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 6,1% azdır.

Ötən il sığortaçıların məcmu xərcləri isə 3,8% azalaraq 773,161 milyon manat olub. Şirkətlərdən 11-nin gəlirləri, 10-nun isə xərcləri artıb.

2021-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 79,967 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 24% azdır. 6 şirkətdə maliyyə mənfəəti artıb, 9 şirkətdə maliyyə mənfəəti azalıb, 2020-cu ildə maliyyə zərərinə uğramış 1 şirkət 2021-ci ildə maliyyə mənfəəti əldə edib, əvvəlki ilə maliyyə mənfəət əldə etmiş 4 şirkət isə ötən il maliyyə zərərinə uğrayıb.

2021-ci ildə sığorta şirkətləri 19,494 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2020-ci ilə nisbətən 17,5% azdır. 20 şirkətdən 6-sı vergi ödənişlərini artırıb, 12-si vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkətdən 2-si ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib.

2021-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 60,473 milyon manat olub. Bu da 2020-ci illə müqayisədə 25,8% azdır. Ötən il maliyyə mənfəətini artırmış 6 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 9 şirkətin həm də xalis mənfəəti azalıb, 2020-ci ili zərərlə başa vurmuş 1 şirkət 2021-ci ili mənfəətlə, 2020-ci ildən mənfəətlə çıxmış 4 şirkət isə 2021-ci ildən zərərlə çıxıb.

Son xəbərlər

Orphus sistemi