​Azərbaycan sığorta bazarı 11% artıb

​Azərbaycan sığorta bazarı 11% artıb Yanvar-may aylarında ödənişlər üzrə artım daha kəskin olub
Maliyyə
17 İyun , 2015 12:08
​Azərbaycan sığorta bazarı 11% artıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xəttilə 207,6 mln. manat sığorta haqqı toplanıb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, ilk 5 ayda sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 74,5 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 35,9 manat ödəniş edilib. Bu, 2014-cü ilin yanvar-may aylarının analoji göstəricisi ilə müqayisədə 21,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi